Modern.az

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanıldı

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanıldı

Aktual

29 Aprel 2021, 20:06

NATO cümə axşamı “Qətiyyətli dəstək” əməliyyatında iştirak edən qüvvələrinin Əfqanıstandan koordinasiyalı və nizamlı şəkildə çıxarılmasına başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a alyansın Brüsseldəki qərargahındakı mənbə məlumat verib.

 

“NATO ölkələrinin hərbi qüvvələrinin çıxarılması başlanıb, proses nizamlı və koordinasiyalı şəkildə həyata keçirilir”, - agentliyin həmsöhbəti deyib.

 

Qeyd edək ki, hazırda NATO-nun Əfqanıstandakı kontingentinə 10 mindən çox insan daxildir, alyans onların çıxarılmasını sentyabr ayında başa çatdırmaq niyyətindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı