Modern.az

"Şahdəniz" yatağı üzrə əməliyyat xərlcləri artıb

Aktual

29 Aprel 2021, 21:01

2021-ci ilin birinci rübündə "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 688 milyon dollar əməliyyat xərcləri və 181 milyon dollardan çox əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.

 

Modern.az bu barədə "BP Azerbaijan" şirkətinin hesabatında qeyd olunub.

 

2020-ci ilin birinci rübündə bu rəqəmlər müvafiq olaraq 219 milyon dollar və 219 milyon dollara bərabər idi.

 

Qeyd edək ki, 2021-ci ilin birinci rübündə "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə 5,1 milyard standart kubmetrdən çox qaz və təqribən 1 milyon ton (7,8 milyon barel) kondensat hasil edilib.

 

Rüb ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib. 31 dekabr 2020-ci il tarixində başlanan Avropa bazarlarına qazın çatdırılması 2021-ci ilin birinci rübündə də davam edib (trend).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı