Modern.az

"Avroviziya" tamaşaçılarla keçiriləcək

Aktual

29 Aprel 2021, 23:17

Bu il Niderlandda keçiriləcək "Avroviziya" mahnı müsabiqəsinə maksimum 3,5 min tamaşaçı buraxılacaq.

 

Modern.az "TASS"a istinadla xəbər verir ki, bu barədə təşkilatçıların saytında yerləşdirilən bəyanatda deyilir.

 

Bəyanatda bildirilir: "Rotterdamdakı "Ahoy" konsert zalına maksimum 3,5 min tamaşaçı buraxılacaq, bu isə konsert zalının tutumunun 20 faizidir. Biletlər yalnız 2020-ci ildə şouya uğurla bilet əldə edənlər üçün olacaq. Geniş kütləyə bilet satışı olmayacaq".

 

Qeyd edilir ki, söhbət tamaşaçıların final, iki yarımfinal və altı repetisiyaya buraxılmasından gedir.

Sizə yeni x var
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!