Modern.az

Avropa çempionatında gimnastlarımızdan növbəti medal

Avropa çempionatında gimnastlarımızdan növbəti medal

Current

2 May 2021, 13:58

Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatında Azərbaycan yığması ikinci medalını qazanıb.

 

Modern.az-ın məlumatına görə, gənclərin mübarizəsinə qatılan Hüseyn Abbasov və Maqsud Mahsudovdan ibarət sinxron cütlük gümüş medala sahib olub.

 

Daha əvvəl tamblinq üzrə gənclər arasında komanda yarışında Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət heyət bürünc medala layiq görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı