Modern.az

Aslan Hüseynov Gəncədə dəfn olunacaq - Qəza yerindən FOTOLAR

Aslan Hüseynov Gəncədə dəfn olunacaq - Qəza yerindən FOTOLAR

Aktual

4 May 2021, 15:52

Bu gün yol qəzasında həlak olan müğənni Aslan Hüseynov Gəncədə dəfn olunacaq.

Bu barədə Modern.az-a onun həmkarı Manaf Ağayev məlumat verib:

“Aslan Hüseynov ağır yol qəzası keçirərək vəfat edib. Hazırda dəfn olunması üçün Gəncə şəhərinə aparılır. Yol qəzası Qaradağ rayonundan şəhərə gələn istiqamətdə baş verib”


Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, Aslan Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi BMW markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə müğənni ölüb.

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi