Modern.az

“Sakinlər deputatdan kənddən çıxıb getməsini istədilər” - İcra nümayəndəsi 

“Sakinlər deputatdan kənddən çıxıb getməsini istədilər” - İcra nümayəndəsi 

Aktual

24 May 2021, 15:02

81 saylı Beyləqan seçki dairəsini təmsil edən deputat  Şahin İsmayılovun rayonun Kəbirli kəndində seçiciləri ilə görüş zamanı baş vermiş narazılıqla bağlı videgörüntülər yayılıb.

Unikal.orgun yaydığı videoda seçicilər deputatın fəaliyyətindən narazı olduqlarını dilə gətiriblər. Eyni zamanda, bildiriblər ki, bu günə kimi ona yazdıqları ərizələr müsbət istiqamətdə həllini tapmayıb.

Modern.az saytı məsələylə bağlı Ş. İsmayılovla əlaqə saxlasa da, deputat sonra danışacağını söyləyib. Amma təkrar zənglərə cavab verməyib.  

Sözügedən kəndin icra nümayəndəsi Bakir Ağayev isə "Qafqazinfo"ya bildirib ki, ötən gün kənddə şəhid bulağının açılışı olub: “Həmin açılışda da şəhid ailələri iştirak edirdilər. Bizim kənd Vətən müharibəsində 7 şəhid verib. Ailələr deputata narazılıq etdilər ki, müharibə günlərində Şahin İsmayılov onlarla maraqlanmayıb. Ona görə də deputatdan kənddən çıxıb getməsini istədilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı