Modern.az

Tibbi turizm üzrə vahid strategiya hazırlanacaq

Tibbi turizm üzrə vahid strategiya hazırlanacaq

Aktual

Bu gün, 11:08

"Turizmin inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər çərçivəsində tibbi klasterlərin və azad iqtisadi zonaların yaradılması imkanları da nəzərdən keçirilir".

Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi tədbirində çıxışında deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda sağlamlıq turizminin inkişafı məsələsinə də geniş yer ayrılıb:

"Qarşıdakı dövrdə əsas prioritetlərimizdən biri dövlət proqramının müvafiq bəndləri üzrə tibbi turizmin inkişafına dair vahid strateji yanaşmanın formalaşdırılması, beynəlxalq akkreditasiya və keyfiyyət standartlarının tətbiqinin təşviqi, tibbi xidmətlərin rəqabət qabiliyyətinin artırılması və xarici pasiyentlərin ölkəmizə etimadının möhkəmləndirilməsidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!