Modern.az

Nazirlikdən hava XƏBƏRDARLIĞI

Nazirlikdən hava XƏBƏRDARLIĞI

Aktual

24 May 2021, 15:56

Mayın 25-i gündüzdən 27-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

 

Mayın 25-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı