Modern.az

Veloyürüş yükunlaşdı - FOTOLAR

Veloyürüş yükunlaşdı - FOTOLAR

Aktual

24 May 2021, 15:50

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsinin yekunlarına həsr edilən “Velosiped sür, sağlam ol” şüarı altında Bayıl Bulvarı ərazisində veloyürüş keçirilib.

 

Modern.az xəbər verir ki, BMT, BNA və ÜST-nin təşkilatçılığı ilə baş tutan veloyürüşdə BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli, BMT-nin ölkədəki Rezident Əlaqələndiricisi Qulam İshaqzai, diplomatik korpusun nümayəndələri və müxtəlif təşkilatların könüllüləri iştirak edib.

 

 Yürüşün əsas məqsədi insanlar arasında davamlı və ekoloji təmiz nəqliyyat növlərindən istifadə və piyada gəzintini təbliğ etmək, nəticədə atmosferə atılan tullantıların azaldılmasına töhfə vermək olub.

 

Qeyd edək ki, pandemiya dövründə bir sıra ölkələrdə velosiped əsas nəqliyyat vasitəsinə çevrilmiş, mövcud avtomobil yolları daraldılaraq velosipedçilərin ixtiyarına verilmiş, bununla da açıq havada sosial məsafə gözləməklə velosipedlə səyahət yoluxma riskinin azalmasına gətirib çıxarmışdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı