Modern.az

Lənkəranda piyadanı maşın vurdu

Lənkəranda piyadanı maşın vurdu

Aktual

25 May 2021, 00:05

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, qəza şəhərin mikrorayon ərazisində qeydə alınıb.

 

Şəhər sakini, 1963-cü il təvəllüdlü Zivər Xalıq qızı Ağayeva "VAZ-2109" markalı avtomobil tərəfindən vurulub. Minik avtomobilinin hələlik adı məlum olmayan sürücüsü piyadanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

 

Xəsarət alan 58 yaşlı qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı