Modern.az

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Aktual

3 Sentyabr 2021, 08:13

Türkiyənin Muğla əyalətində zəlzələ baş verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Yeraltı təkanlar yerli vaxtla saat 00:12-də Datça rayonunda 4,2 bal gücündə qeydə alınıb.

 

Zəlzələ ocağı yerin 46,5 kilometr dərinliyində yerləşib.

 

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi