Modern.az

Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşı ürəktutmasından öldü - FOTO

Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşı ürəktutmasından öldü - FOTO

Aktual

3 Sentyabr 2021, 11:38

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının texniki istismar xidmətinin hamiyəçi mexaniki Səyyad Hacıyev 56 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə ASCO-dan məlumat verilib.

 

Məlumata görə, S.Hacıyev ürəktutmasından vəfat edib. 

 

Mehribanlığı və işgüzarlığı ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanan Səyyad müəllimin əziz xatirəsi iş yoldaşları arasında hər zaman ehtiramla yad olunacaq.

 

ASCO rəhbərliyi və kollektivi adından həmkarları Səyyad Hacıyevin vəfatına görə yaxınlarına başsağlığı verir.

 

Allah rəhmət eləsin!

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı