Modern.az

Qaz sayğaclarının dəyişdirilməsi barədə abonentlərə “SMS” gələcək

Qaz sayğaclarının dəyişdirilməsi barədə abonentlərə “SMS” gələcək

Aktual

3 Sentyabr 2021, 12:58

Yeni layihəmizə əsasən bazada abonentin mobil nömrəsi varsa, qaz sayğacının nə zaman və hansı səbəbdən dəyişdirilməsi barədə onlara "SMS" bildiriş göndəriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

 

O həmçinin, qeyd edib ki, hər bir abonentin mobil nömrəsinin bazada olması onların istər sayğac dəyişdirilməsi, istərsə də qaz kəsintiləri barədə əvvəlcədən xəbərdar edilməsi üçün əlverişlidir:

 

“Əgər mexaniki sayğac istifadəçilərinin bazada mobil nömrəsi varsa, ödənişlə bağlı bildiriş köhnə qaydada sayğac oxunması yolu ilə yox, “SMS” vasitəsilə göndəriləcək."

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı