Azərbaycan para-üzgüçüsü Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarında 3-cü qızıl medalını qazanıb.
Modern.az xəbər verir ki, o, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə bütün rəqiblərini üstələyib.
Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Salehin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.