Modern.az

Həştərxandan Bakıya gələn teploxod saya oturub

Həştərxandan Bakıya gələn teploxod saya oturub

Aktual

3 Sentyabr 2021, 18:26

“VF Tanker-7” teploxodu Xəzər dənizinin şimal hissəsində, Volqa-Xəzər kanalında saya oturub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə idarəsi məlumat yayıb.

 

“Teploxod Həştərxan-Bakı marşrutu ilə hərəkət edib, gəminin ekipajı 12 nəfərdən ibarətdir. Hadisə nəticəsində xəsarət alan yoxdur. Gəminin gövdəsi zədələnməyib”, – FHN-nin Həştərxan vilayəti üzrə idarəsinin məlumatında qeyd olunub.

 

Məlumatda həmçinin bildirilib ki, hadisə kanalda gəmilərin hərəkətinin dayanmasına səbəb olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi