Modern.az

Rəis müavini və atası eyni gündə koronavirusdan öldü

Rəis müavini və atası eyni gündə koronavirusdan öldü

Aktual

4 Sentyabr 2021, 10:10

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəis müavini və atası eyni gündə koronavirusdan vəfat ediblər.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, koronavirusa yoluxan rəis müavini mayor Vüsal Mirzəyevin vəfatından bir neçə saat əvvəl isə atası Cərulla Mirzəyev dünyasını dəyişib.

 

Qeyd edək ki, Cərulla Mirzəyev uzun illər Zərdab rayon Maliyyə Şöbəsinin müdiri işləyib.

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!