Modern.az

Bakıda iki maşın toqquşdu - Ölən var

Bakıda iki maşın toqquşdu - Ölən var

Aktual

4 Sentyabr 2021, 14:03

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Pirallahı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri N.Qasımovun idarə etdiyi “Mercedes” və Fərman Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

 

Qəza nəticəsində F.Məmmədov hadisə yerində ölüb, N.Qasımovun 3 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı