Modern.az

İdmançılarımız MDB Oyunlarında daha 5 medal qazandılar

İdmançılarımız MDB Oyunlarında daha 5 medal qazandılar

Aktual

4 Sentyabr 2021, 17:06

Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında daha 5 medal qazanıblar.

 

Modern.az xəbər verir ki, ötən gün yarımfinaldakı ilk görüşlərində məğlub olan qadın boksçularımız Aysu İsmayılova (48 kq), İsgəndər Qızbəs (57 kq) və Emili Rzayevanın (63 kq) bürünc medal qazanması rəsmiləşib.

 

Bu gün yarımfinalda uduzan kişi boksçular Tağı Nəsibov (48 kq) və İbrahim Zeynalov (50 kq) da bürünc medala sahib olublar.

 

Qeyd edək ki, Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 7 bürünc medal var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı