İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda ikinci qol vurulub.
Modern.az xəbər verir ki, meydan sahibləri 87-ci dəqiqədə hesabı bərabərləşdirib.
İrlandiya yığmasının heyətində Şeyn Daff fərqlənib.
Matçda əlavə qol vurulmayıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk xalını qazanıb.
Qeyd edək ki, komandamız hazırda 1 xalla 4-5-ci yerləri bölüşür. Yığmamız növbəti oyununu sentyabrın 7-də Bakıda Portuqaliya seçməsinə qarşı keçirəcək.
***
20:53
İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda hesab açılıb.
Modern.az-ın məlumatına görə, Dublindəki “Aviva” stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisi önə keçib - 1:0.
45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola imza atıb. Komandalar fasiləyə bu hesabla yollanıb.
***
20:00
İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.
Modern.az-ın məlumatına görə, Dublindəki “Aviva” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edir.