Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ( Fred Asif) oğlu Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında erməni rəqibinə qalib gəlib.

 

Modern.az-ın məlumatına görə, həmyerlimiz Azər Məhərrəmov və erməni rəqibi arasında qarşılaşma Ukraynanın Kiyev şəhərində baş tutub.

 

Qələbə qazanan Azər Məhərrəmov "Arm Wrestling" liqasının kubokuna sahib olub.