Modern.az

Prezidentin xüsusi nümayəndəsindən Ağdama getmək istəyənlərə müraciət 

Prezidentin xüsusi nümayəndəsindən Ağdama getmək istəyənlərə müraciət 

Aktual

6 Sentyabr 2021, 11:06

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb.

 

Modern.az xəbər verir ki, E. Hüseynov bu barədə Tvitter hesabında məlumat yayıb.

 

O bildirib ki, səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVID pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur:

 

“Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir”.

 

Qeyd edək ki, ötən gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz şəhərlərinə səfər edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...