Modern.az

Daha 3 yaşayış məntəqəsinə qaz verildi

Daha 3 yaşayış məntəqəsinə qaz verildi

Aktual

6 Sentyabr 2021, 13:24

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi kommunal sektorda bir ilkə imza ataraq başlatdığı “Açıq mikrofon” aksiyası artıq öz nəticəsini verməyə başlayıb.

 

Modern.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Səyyar qəbul otağı” paytaxtla yanaşı, bütün bölgələrdə də sakinlərin ixtiyarında olur.

 

Ötən ay Yardımlı rayonunun Dəlləkli kəndində, Füzuli rayonunun Qarabulaq yaşayış məntəqəsində və Lerik rayonunun Babaküçə kəndində təşkil olunan “Açıq mikrofon” aksiyasından sonra qısa müddət ərzində sözügedən bütün yaşayış massivlərinin qazlaşdırılmasına başlanılıb. İşlər sürətlə davam etdirilir. Bundan sonra da “Açıq mikrofon” aksiyası bütün ölkə üzrə davam etdiriləcək.

 

Daha ətraflı sosial şəbəkə ünvanından video materialı izləyə bilərsiniz:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı