Modern.az

“Açıq mikrofon” aksiyası bu dəfə Bərdədə

“Açıq mikrofon” aksiyası bu dəfə Bərdədə

Aktual

9 Sentyabr 2021, 18:06

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası uğurla davam edir. Vətəndaşların məmnunluğuna xidmət edən aksiyanın əhatə dairəsi günü-gündən genişlənir. Səyyar qəbul otaqlarının imkanlarından istifadə edən sakinlərin səsləndirdiyi fikirlər, problem və təkliflər Birlik rəhbərliyi tərəfindən dərhal dəyərləndirilir, müvafiq göstərişlər verilir. Bunun nəticəsidir ki, avqust ayının 4-dən bu günə qədər aksiya keçirilən 10 ünvanın hər birində işlər başlanıb.

 

İB-dən Modern.az-a bildirilib ki, bu dəfə Bərdə rayonunun Güloğlular kəndindən gələn müraciətlər “Açıq mikrofon”un təşkilini zəruri edib. Sentyabrın 10-u saat 11:00-dan 13:00-a qədər səyyar qəbul otağı sakinlərin ixtiyarında olacaq.

 

Vətəndaşların tam sərbəst şəkildə öz problemlərini səsləndirməsi üçün bütün şərait yaradılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!