Modern.az

Mikayıl Cabbarov Türk Şurasının Baş katibi ilə görüşdü

Mikayıl Cabbarov Türk Şurasının Baş katibi ilə görüşdü

Aktual

9 Sentyabr 2021, 19:09

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

 

O qeyd edib ki, görüşdə sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşünə dair məsələlər müzakirə edilib.

 

“Bu toplantı çərçivəsində təşkil olunacaq Qarabağa həsr olunmuş Biznes Forumunun yüksək səviyyədə təşkili ölkəmiz üçün əhəmiyyətlidir”, - deyə nazir əlavə edib.

Sizə yeni x var
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!