Yeni növ koronavirusa qarşı Türkiyənin yerli istehsalı olan “TurkoVac” peyvəndinin istifadəsinə icazə verilərsə, oktyabr ayında kütləvi istehsal prosesi başlayacaq.
Modern.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Elmi Şuranın növbəti iclasdan sonra jurnalistlərə açıqlamasında bildirib.
F.Qoca deyib ki, “SinoVac”la “TurkoVac”ın müqayisəli üçüncü faza fəaliyyətləri sabah başa çatacaq.