Modern.az

Şəhriyar Məmmədyarov ABŞ təmsilçilərinə qarşı

Şəhriyar Məmmədyarov ABŞ təmsilçilərinə qarşı

Aktual

9 Sentyabr 2021, 21:28

Sentyabrın 9-da Sent-Luisdə (ABŞ) “Champions Showdown: Chess9LX” turnirinin növbəti 3 turunun oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, “Fişer şahmatı” üzrə təşkil olunan yarışın növbəti turlarında təmsilçimiz Şəhriyar Məmmədyarov ABŞ təmsilçiləri Uesli So, Leynyer Dominqes Peres və Sem Şenklendlə qarşılaşacaq.

 

Qeyd edək ki, ilk 3 turdan sonra liderdən yarım xal geri qalan Ş.Məmmədyarov 2 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb.

 

Dairəvi sistem üzrə keçirilən yarışda 10 şahmatçı iştirak edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!