Modern.az

Messi Pelenin rekordunu qırdı

Messi Pelenin rekordunu qırdı

Aktual

10 Sentyabr 2021, 07:18

Argentina yığmasının hücumçusu Lionel Messi braziliyalı futbolçu Pelenin rekordunu qırıb.

 

Modern.az xəbər verir ki, Messi Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Boliviyaya 3 qol vurub. O, bununla Cənubi Amerika futbolçuları arasında ən çox qol vuranlar siyahısında birinci pilləyə yüksəlib.

 

Beləliklə, Messinin qollarının sayı 79-a çatıb. Pele isə 77 qolla siyahıda ikinci yerə düşüb.

 

Qeyd edək ki, Pelenin 91 oyunda təyin etdiyi rekordu qırmaq üçün Messiyə 153 oyun lazım olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!