Modern.az

Azərbaycan xalçaları Moskvada nümayiş olunacaq

Azərbaycan xalçaları Moskvada nümayiş olunacaq

Aktual

10 Sentyabr 2021, 09:36

"Azərxalça" ASC ilk dəfə Moskvada təşkil olunan beynəlxalq tekstil sərgisində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərxalça" ASC mətbuat katibi Xatuna Abdullayeva məlumat verib.

 

14-16 sentyabr tarixlərində Moskvada təşkil olunan beynəlxalq ev tekstili sərgisi "Heimtextil" də klassik Azərbaycan xalçaları ilə yanaşı, yeni dizayn üslubunda toxunan modern tərzli əsl əl xalçaları nümayiş olunacaq.

 

Sərgiyə gələnlər modern üslubda əl işi olan məhsullarla tanış ola, qədim Azərbaycan xalçaçılıq sənəti nümunələrini seyr edə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı