Modern.az

Türkiyədə itkin düşən azərbaycanlı tələbə ölü tapıldı

Türkiyədə itkin düşən azərbaycanlı tələbə ölü tapıldı

Aktual

10 Sentyabr 2021, 10:00

Türkiyədə təhsil alan azərbaycanlı tələbə tikinti sahəsində asılı vəziyyətdə tapılıb.

 

Modern.az-ın məlumatına görə, 2 il öncə Azərbaycandan Türkiyəyə köçən Azərbaycan vətəndaşı Ümid Can İzmir şəhərində Buca Atatürk Liseyinin 2-ci kurs tələbəsi olub.

 

2005-ci il təvəllüdlü yeniyetmə sentyabrın 3-də restoranda nahar etmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

 

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində Ümid Can sentyabrın 9-da səhər saatlarında Kızıltəpə yaxınlığındakı tikinti sahəsində asılmış vəziyyətdə tapılıb.

 

Yeniyetmənin cənazəsi bu gün səhər saatlarında Bakıya gətirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı