Modern.az

Gənclər Şuşaya getdilər

Gənclər Şuşaya getdilər

Aktual

10 Sentyabr 2021, 10:10

Sentyabrın 10-da gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndələri Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada tarixi-mədəni abidələrlə, erməni vandalizminə məruz qalmış məscidlərlə, eləcə də qədim şəhərin görkəmli yerləri ilə tanış olacaqlar.

 

Qeyd edək ki, bundan əvvəl gənclər təşkilatlarının nümayəndələri Gənclər Fondunun təşkilatçılığı ilə Ağdam şəhərinə səfər ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı