Modern.az

Goranboyda yolların asfaltlanması davam etdirilir

Goranboyda yolların asfaltlanması davam etdirilir

Aktual

10 Sentyabr 2021, 13:00

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Goranboy rayonunda 14 min nəfər əhalinin istifadə etdiyi 6 kəndi birləşdirən 16 km Dəliməmmədli-Düzqışlaq-Baxçakürd-Dəyirmanlar-Azad-Nizami  avtomobil yolunun tikinti işlərinə başlanılmışdır. Hazırda yolun Nizami kəndinə gedən 4 km–lik hissəsində asfaltlaşdırma işləri aparılır.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və yerli ağsaqqallarla birgə aparılan işlərlə yerində tanış oldu. Kənd ağsaqqalları yol çəkilişi və görülən digər bütün işlərə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı