“2856 nəfər şəhid ailəsi üzvü ilə görüş keçirilib. Onlardan 2315 nəfəri aktiv məşğulluq növü ilə işlə təmin olunub. 541 nəfəri isə bu xidmətlərdən imtina edib”.
Modern.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədr müavini Cəmaləddin Quliyev deyib.
Sədr müavini bildirib ki, 11 367 qazidən 9228 nəfəri ilə görüş keçirilib:
“4785 nəfəri işlə təmin edilib, 2960 imtina olub. Bundan sonra da qazilər və şəhid ailəsi üzvlərinin işlə təmin olunması prosesi davam edəcək”.