Modern.az

Qubada ağır cinayətin üstü açıldı

Qubada ağır cinayətin üstü açıldı

Aktual

10 Sentyabr 2021, 17:05

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ağır cinayətin açılması təmin olunub, həmin cinayəti törətməkdə şübhəli bilinən Şöhrət Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a bildirilib ki, avqustun 23-də Quba rayon sakini Zeydulla Əzizov müxtəlif xəsarətlərlə Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, avqustun 30-da isə həkimlərin səylərinə baxmayaraq, vəfat edib.

 

Aparılan tədbirlərlə Z.Mustafayevlə aralarında yaranmış münaqişə zəminində ona çoxsaylı bədən xəsarətləri yetirmiş Ş.Mürsəliyev saxlanılıb.

 

 

 

Hazırda cinayət işi üzrə istintaq aparılır.

Sizə yeni x var
Keçid et
Mehdiyevə görə kimlər cəzalanacaq? - Milyardların taleyi...