Modern.az

Türkiyə millisinə yeni baş məşqçi gətirildi

Türkiyə millisinə yeni baş məşqçi gətirildi

Aktual

10 Sentyabr 2021, 17:46

Türkiyə millisinin yeni baş məşqçisi məlum olub.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yığmanı Okan Buruk çalışdıracaq.

 

Türkiyə Futbol Federasiyasının (TFF) 47 yaşlı mütəxəssislə razılığa gəldiyi bildirilib. TFF-nin qısa müddətdə bu təyinatı rəsmən açıqlayacağı vurğulanıb.

 

Okan Buruk vaxtilə "Qalatasaray"ın məşhur futbolçularından olub.

 

Qeyd edək ki, O.Burak son olaraq "Başakşehir"i çalışdırıb.

 

Xatırladaq ki, TFF bu gün baş məşqçisi Şenol Güneşi istefaya göndərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı