Modern.az

Azərbaycan nefti yenidən ucuzlaşdı

Azərbaycan nefti yenidən ucuzlaşdı

Aktual

29 Oktyabr 2021, 10:55

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 28-də 85,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel azdır.

 

Bu barədə Modern.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 84,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 80,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 83,41 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,07 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir