Modern.az

Ermənistan konstitusiyası dəyişməlidir – Elin Süleymanov Britaniya qəzetində yazdı

Ermənistan konstitusiyası dəyişməlidir – Elin Süleymanov Britaniya qəzetində yazdı

Aktual

Bu gün, 13:32

Britaniyanın ən nüfuzlu qəzetlərindən biri olan "The Telegraph" qəzetində səfir Elin Süleymanovun məqaləsi dərc olunub.

Modern.az-ın məlumataına görə, Məqalədə Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsi üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məqamların aradan qaldırılmasının vacibliyi bir daha diqqətə çatdırılıb.

Məqalədə qeyd olunub ki, 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının uzun illər yerinə yetirilməmiş qətnamələrinin praktiki icrası ilə nəticələnib. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi regionda yeni siyasi reallıqlar yaradıb və birbaşa dialoq üçün zəmin formalaşdırıb. Müəllif cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları, iqtisadi inkişafını və müdafiə qabiliyyətinin gücləndirilməsini bu prosesin mühüm amilləri kimi vurğulayıb.

Səfir Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə razılaşmaları, Ermənistanın Azərbaycanın COP29-a ev sahibliyi etmək təşəbbüsünü dəstəkləməsini, eləcə də tranzit və yanacaq tədarükü sahələrində əməkdaşlığın başlanmasını normallaşma prosesinin konkret nəticələri kimi təqdim edib. Həmçinin TRIPP təşəbbüsünün regional nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Məqalədə bildirilib ki, davamlı sülhün təmin edilməsi üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələlərin aradan qaldırılması və sülh sazişinin rəsmiləşdirilməsi vacibdir.

Həmçinin vurğulanıb ki, dünyada münaqişələrin davam etdiyi bir vaxtda, Qafqazda əldə olunan irəliləyiş uzunmüddətli münaqişələrin həllini və sülhün mümkünlüyünü nümayiş etdirir.

Məqalə ilə burdan keçiddən tanış ola bilərsiz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada