Modern.az

İki yeni medal təsis edildi

İki yeni medal təsis edildi

Aktual

29 Oktyabr 2021, 13:22

Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, layihəyə əsasən Dövlət Gömrük Komitəsinin 30 illiyi ilə bağlı yubiley medalı təsis edilir.

 

Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir