Modern.az

Bu zavodda dəniz suyu içməli suya ÇEVİRİLİR

Bu zavodda dəniz suyu içməli suya ÇEVİRİLİR

Aktual

29 Oktyabr 2021, 16:40

Xəzər Dəniz suyunun Duzsuzlaşdırılması Zavodu dənizdən 12 kilometr uzaqlıqda yerləşir. Su boru vasitəsilə götürülür. İlkin çökməyə məruz qalan su anbara vurulur, oradan isə qidalandırıcı nasoslar vasitəsilə götürülərək filtrlərə vurulur. Həmin filtrlərdə su qum və bazalt qatından keçərək fiziki təmizləməyə məruz qalır, sonra isə su yenidən mikron filtrlərindən keçir. 5 mikrondan böyük nə varsa çökür.

 

Modern.az xəbər verir ki, bunu Xəzər Dəniz suyunun Duzsuzlaşdırılması Zavodunun direktoru Qabil Teymurov deyib.

 

Q.Teymurov bildirib ki, şəffaf duzlu su yüksək təzyiq nasosu vasitəsilə membranlara vurulur, orada duz sudan ayrılır:

 

"Membrana vurulan suyun 45 faizi  şirin su şəklində, qalan 55 faizi isə iki dəfə duzlu şəkildə dənizə axıdılır. İstehsal olunan suyun on faizi mineralizasiyadan keçir və içmək, məişətdə istifadə üçün nəzərdə tutulur. Qalan 90 faizi isə  ağacların sulanmasında istifadə olunur".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir