Modern.az

Fiziki qüsurlu şəxs itkin düşdü

Fiziki qüsurlu şəxs itkin düşdü

Aktual

29 Oktyabr 2021, 16:46

Suraxanı rayonuda yaşayan 1967-ci il təvəllüdlü Telman Cəfərov itkin düşüb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, onun qohumları Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək bildiriblər ki, həmin şəxs evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Telman Cəfərov arıq bədən quruluşludur, boyu 162 santimetrdir. Evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.

 

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 və 050-433-49-47 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Qeyd edək ki, Telman Cəfərov 2-cı qrup Çernobıl əlilidir. O, yaşadığı yeri xatırlamaqda və fikirlərini izah etməkdə çətinlik çəkir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir