Modern.az

Gömrük ödənişlərində artım yoxdur - RƏSMİ

Gömrük ödənişlərində artım yoxdur - RƏSMİ

Aktual

29 Oktyabr 2021, 16:55

"Bəzi sosial şəbəkə istifadəçiləri xaricdən gətirilən avtomobillərin və mobil telefonların qeydiyyatı zamanı tələb olunan dövlət rüsumunun artımını gömrük ödənişlərinin artırılması kimi qələmə verir".

 

Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib.

 

"Gömrük ödənişlərində hər hansı artım yoxdur və qeyd olunan məsələ gömrük orqanlarının fəaliyyət sahəsinə aid deyil", - deyə o, qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir