Modern.az

Roma papası Baydenlə görüşdü

Roma papası Baydenlə görüşdü

Aktual

29 Oktyabr 2021, 17:00

Roma Papası I Fransisk ABŞ prezidenti Co Baydeni qəbul edib.

 

Modern.az-ın məlumatına görə, Vatikanın Apostol sarayında keçirilən görüş rəsmi protokolda nəzərdə tutulduğundan daha çox - 90 dəqiqəyə yaxın davam edib.

 

Görüş zamanı müzakirə olunan məsələlər barədə mətbuata məlumat verilməyib.

 

Qeyd olunur ki, C.Bayden Vatikana səfər etmiş 14-cü ABŞ prezidenti olub.

 

Bundan əvvəl I Fransiskin Donald Trampla görüşü 30 dəqiqə, Barak Obama ilə görüşü 50 dəqiqə davam etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!