
Qarabağ mövzusuna həsr olunmuş növbəti kitab işıq üzü görüb. Vüqar Tofiqlinin müəllifi olduğu kitaba müəllifin son illər yazdığı esse, məqalələr və fikir düşüncələri daxil edilib. “Qarabağ yazıları” silsiləsindən olan bu yazılar “525-ci qəzet”də və “Modern.az” saytında işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin ön söz yazdığı kitab “MHS-Poliqraf” nəşriyyatinda çap edilib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə nəşr edilən kitabın redaktoru Fəxri Uğurludur.