Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabrın 17-də Azərbaycan ərazisində hava şəraiti soyuq keçəcək.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünük təşkil edəcəyi, bəzi yerlərdə yağış və zəif qar yağacağı gözlənilir. Temperatur gecə 1-3° isti, gündüz 2-4° isti, Bakıda gecə 1-3° isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı - 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 90-95 faiz təşkil edəcək.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə fasilələrlə qar yağacağı gözlənilir. Temperatur gecə -9-14° şaxta, gündüz -2-7° şaxta olacaq.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq. Gündüz zəif duman olacaq. Temperaturun gecə -1-6° şaxta, gündüz 1-5° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə fasilələrlə qar yağacağı gözlənilir.
Temperatur gecə -6-11° şaxta, gündüz 0-4° isti, dağlarda gecə -10-15° şaxta, gündüz 6-11° şaxta olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir qar yağacağı gözlənilir. Səhər duman olacaq. Temperaturun gecə 0-4° şaxta, gündüz 1-5° isti olacaq.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Temperaturun gecə 0-3° şaxta, gündüz 1-4° isti, dağlarda gecə -7-12° şaxta olacağı gözlənilir.
Modern.az