Dekabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan - Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 13-cü iclasında iştirak etmək məqsədi ilə Brüssel şəhərinə səfər edəcək.
XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində Aİ Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle, Kipr Respublikasının xarici işlər naziri Erato Kozaku-Markulis ilə görüşlərin keçirilməsi, həmçinin, Azərbaycan - Aİ arasındakı münasibətlərin bütün aspektləri, o cümlədən siyasi, iqtisadi və humanitar məsələlər haqda müzakirələrin aparılması nəzərdə tutulub.