"Azərbaycan Prezidenti İlham Əliyevi ölkələri beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur etdiyi üçün təbrik edirəm".
Modern.az xəbər verir ki, bunu Rusiyanın AŞPA nümayəndə heyətinin üzvü, deputat Leonid Slutski qurumun qış sessiyasında monitorinq prosedurlarına həsr edilmiş qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.
"Mən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Buradakı bütün üzv dövlətlər Avropa Şurası qarşısında üzərlərinə götürdükləri və digər beynəlxalq öhdəlikləri yerinə yetirməlidirlər".
Qeyd edək ki, məlumatı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov sosial şəbəkə hesabında paylaşıb.