Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsi hazırlamağa hazır olmasını alqışlayır.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz Bakı və İrəvanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hazırlamağa hazır olmasını alqışlayırıq və belə bir danışıqlar prosesinə hər cür kömək etmək əzmində olduğumuzu bir daha təsdiqləyirik. Onun tamamlanmasının və sülh müqaviləsinin imzalanmasının ehtimal olunan vaxtına gəlincə, mən hesab edirəm ki, bu mövzu haqqında danışmaq tezdir”, - Zaxarova bildirib.
O, həmçinin qeyd edib ki, tərəflər məsələləri öz aralarında həll etməli olacaqlar və Rusiya bu prosesə kömək etməyə hazırdır.