Milli Məclisin deputatları Fatma Yıldırım, Əhliman Əmiraslanov, Afət Həsənova, Sabir Rüstəmxanlı, Musa Qasımlı, Anar Məmmədov və Könül Nurullayeva Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla bin Səud bin Xudeyrin dəvətilə iftar yeməyində iştirak ediblər.
Modern.az xəbər verir ki, bu barədə deputat Fatma Yıldırım sosial şəbəkə hesabında paylaşım edib.
"İftar süfrəsində insanları xeyirxahlığa, birliyə dəvət edən, müqəddəs Ramazan ayının dünya müsəlmanları üçün ən əziz ay olduğu, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub. Eyni zamanda, Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafından, xalqlarımız, o cümlədən parlamentlərimiz arasında əlaqələrdən bəhs olunub. Dəvətə və səmimi qonaqpərvərliyə görə cənab səfirə təşəkkürümü bildirirəm. Allah tutulan orucları və edilən duaları qəbul etsin!", -deputat paylaşımında qeyd edib.