Modern.az

Tanışını bıçaqlayıb ÖLDÜRDÜ

Tanışını bıçaqlayıb ÖLDÜRDÜ

Aktual

22 İyun 2022, 10:12

İyunun 22-i saat 1 radələrində Samux rayonu, Füzuli kəndi ərazisində 1989-cu il təvəllüdlü Cavid Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Samux rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı 1990-cı il təvəllüdlü Mədət Tağıyevin yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Mədət Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı