Gürcüstanda 4,8 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 07:36-da baş verib. Yeraltı təkanların episentri Ermənistanla sərhəddə yerləşən Sameba kəndi yaxınlığında qeydə alınıb.
Dağıntı və tələfat barəsində məlumat yoxdur.