Modern.az

"Qarabağ" Macarıstana yola düşdü - FOTO

"Qarabağ" Macarıstana yola düşdü - FOTO

Aktual

8 Avqust 2022, 11:42

"Qarabağ" "Ferentsvaroş"a qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana yollanıb.

 

Modern.az-ın məlumatına görə, "köhlən atlar"ı paytaxt Budapeştə aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

 

Komandanın zədəli futbolçuları – kapitan Maksim Medvedev və Kevin Medina səfərə aparılmayıb.

 

Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi "Groupama Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

 

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...